Dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmisi hazırda Qabon sahillərindədir.
Bizim.Media-nın məlumatına görə, bunu NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
MÖVZU İLƏ BAĞLI:
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
Türkiyəli nazir bildirib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:
“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.
Çavuşoğlunun sözlərinə görə, dəniz quldurlarının girov götürdüyü 15 nəfərin azad edilməsi üçün bütün addımlar atılacaq:
“Vətəndaşlırımızı qaçıran dəniz quldurları hələ əlaqə saxlamayıb, tələblərini bildirməyiblər”.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib.
Bizim.Media