Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisinin 4-cü kapitanı Furkan Yaren ilə iki dəfə telefonla danışıb.
Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, Furkan Yaren prezidenti gəminin hücumdan sağ qurtulan digər iki ekipaj üzvü ilə birlikdə Qabona doğru hərəkət etdiyi barədə məlumatlandırıb.
MÖVZU İLƏ BAĞLI:
Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətiriləcək
Ərdoğan isə girov götürülən digər ekipaj üzvlərinin xilas edilməsi üçün gərəkli bütün təlimatları verdiyini bildirib.
Bizim.Media