"Qarabağdakı müharibədən sonra Azərbaycanda saxlanılan erməni əsir və girovların müqəddəratı əsas mövzulardan biri kimi qalmaqdadır".
Bizim.Media xəbər verir ki, bunu "Kommersant"a müsahibəsi zamanı Rusiya vətəndaşlığı olan Artur Qazaryanın oğlu Aleksey deyib.
Artur Qazaryan həm də işğaldan sonrakı Şuşanın son dinc (qanunsuz) sakinlərindən biri olub.
Azərbaycan ordusu Şuşanı möcüzəvi əməliyyatla geri alanda Qazaryan da şəhərdə olub və ordumuz tərəfindən əsir götürülüb:
"Nəticədə Bakıdakı erməni kilsəsində oldum, lakin daha sonra İrəvana yox, Moskvaya qayıtdım"
Verilən məlumata görə, Artur heç vaxt əlinə silah almayıb və sadəcə riyaziyyat müəllimi olub.
Atasının xilası üçün oğlu Aleksey Azərbaycan Prezident Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə yazdığı məktubu PA-nın xarici KİV və QHT-lə iş sektorunun müdiri Fuad Axundovla ötürməyi qərara alıb.
Fuad Axundov yardım etməyə razılaşıb və Yeni il öncəsi Qazaryan Moskvaya göndərilməli idi. Sadəcə, koronavirusa görə, Alekseyin atasına qovuşması yubanıb və səfər yanvarın 10-u gerçəkləşib.
Müsahibəsində 1957-ci ildə Xankəndində doğulduğunu deyən Artur Qazaryan sonralar Moskvaya köçdüyünü, 2012-ci ildə yenidən Qarabağa qayıtdığını bildirir.
"Vəng kəndində riyaziyyat müəllimi işləyirdim. Xöşbəxt idim, çünki Gəncəsar monastrı yaxındaydı. Sonra Laçında işlədim. Başqalarının evinə necə soxulmaq olar düşncəmə görə həyat dərsimi verdi.
I Qarabağ savaşında evlərin çoxu dağıdılmışdı. Son savaşda da Azərbaycan torpaqlarından çıxan ermənilərin evləri yandırmasını anlamırdım.
63 yaşımı Xankəndində qeyd etdim, orada pedaqoqluq edirdim. Ardınca Şuşaya köçdüm. Noyabrın 1-nə yaxın küçəyə çıxmaq qadağan idi. Mer məni aldatdı ki, səni İrəvana göndərəcəyik. 5 gün çamadanların üstündə oturdum. Ayın 5-i elektrik xətləri dağıdıldı və oğlumla danışdım ki, mənə zəng çatmayacaq".
Qazaryan həmçinin vurğulayıb ki, Şuşada düşmənlərə qarşı özündə xristian sevgisinin yarandığını hiss edirdi.
Sonrakı günlər yaxınlıqdakı məktəbdən Azərbaycan mahnısı olan "Cücələrim"in pianoda ifa olunduğunu eşitdim. Anladım ki, bu azərbaycanlı əsgərlərdir."
Qazaryan əlavə edib ki, Xocalı soyqırımını törədənlərdən biri olan Conik Tevosyanın Sumqayıtdan olan bir zabitlə birgə xatirələrini bölüşdüklərinin də şahidi olub.
Əsgərlər öz yedikləri şirnilərdən bizə də verirdilər. Bakıya gətiriləndə QHT üzvü Nadir məni şəhərdə gəzdirdi və erməni kilsəsinə apardı.
İncil oxuyurdum və özümü bir sualla yorurdum ki, bəlkə türk və erməni xalqları lənətlənib? Amma bu belə deyil. Çünki həm azərbaycanlılar, həm də ermənilər tək Tanrıya inanır", - deyə Qazaryan intervyusunu bitirib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:16 / 23.01.2021
A.Qazaryan: "Şuşada olanda məndə düşmənə qarşı xristian sevgisi yaranmağa başladı"
Hazırda oxunan: A.Qazaryan: "Şuşada olanda məndə düşmənə qarşı xristian sevgisi yaranmağa başladı"
Hazırda oxunan: A.Qazaryan: "Şuşada olanda məndə düşmənə qarşı xristian sevgisi yaranmağa başladı"
9451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.