“İki gün öncə Soros dairələrinə anti-Rusiya ritorikasını gücləndirmək və ABŞ ilə təmasları daha sıxlaşdırmaq tapşırılıb”.
Bizim.Media xəbər verir ki, Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan öz teleqram kanalında növbəti dəfə insayd məlumat paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan hakimiyyəti ölənlərin sayını həyasızlıqla gizlədir - Sarkisyanın kürəkəni
Keçmiş diplomat Ermənistanın ABŞ-a təyin olunacaq yeni səfirinin adını açıqlayıb:
“Nikol Paşinyan Makuntsu Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin etmək qərarını verib...
Makuntsun pis bir insan olmadığını düşünsək də, şübhəsiz ki, o, səriştəsiz siyasətçi, üstəlik, bacarıqsız diplomatdır. Ümumiyyətlə, diplomat belə deyil! Onun savadsızlığının sübutu olaraq parlamentlərarası da daxil olmaqla, müxtəlif səviyyələrdə xarici siyasətdəki uğursuzluqları göstərmək olar.
Ancaq Nikol Paşinyan məhz Makuntsa əvvəlcə mədəniyyət naziri vəzifəsini, sonra isə öz fraksiyasına rəhbərlik etməyi tapşırıb.
Nikolun ingilis dili müəllimi kimi tanınan Makuntsun yalnız bir üstünlüyü var – Nikol ona qeyd-şərtsiz inanır.
Bu səbəbdən də onu ABŞ-a göndərərək bir güllə ilə iki dovşan vurmağa qərar verdi: onu həm batan gəmidən xilas etmək, həm də iki supergüc arasındakı çirkli oyunda istifadə etmək”.
M.Minasyan həmçinin yazısında bu təyinatın Ermənistana baha başa gələcəyini vurğulayıb:
“Onun qarşıdakı təyinatı təkcə Ermənistan-Amerika, Ermənistan-Rusiya münasibətlərinə, Ermənistanın imicinə yox, həm də müstəqil bir ölkə olaraq varlığımıza da zərbədir”.
Qeyd edək ki, M.Minasyanın qeyd etdiyi şəxs Lilit Makuntsdur. O, Ermənistan parlamentindəki “Mənim addımım” fraksiyasının rəhbəridir. L.Makunts daha öncə ölkənin mədəniyyət naziri vəzifəsində çalışıb. Siyasətçinin 37 yaşı var.
Bizim.Media