Pelosinin İrəvan SƏFƏRİ: “Rusiyanın gücü çatsa, Paşinyanı cəzalandıracaq” – Zərdüşt Əlizadə

Hazırda oxunan: Pelosinin İrəvan SƏFƏRİ: “Rusiyanın gücü çatsa, Paşinyanı cəzalandıracaq” – Zərdüşt Əlizadə

94205

Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü gecə saatlarında Ermənsitan ordusunun sərhəddə törətdiyi təxribat bölgədə irimiqyaslı toqquşmaların baş verməsinə səbəb olub. Sərhəddə baş verən qarşıdurmalar fonunda isə böyük güclərin də diqqəti regionumuza yönəlib.

Bunun nəticəsidir ki, Ağ Ev ABŞ konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosini sentyabrın 18-də İrəvana göndərmək qərarına gəlib.

Eyni zamanda Ermənistan daxilində də gərginlik ab-havası hökm sürür. Xüsusən də, Rusiyanın Nikolun siyasətindən narazılığı özünü daha çox büruzə verir. Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən imtina etməsinin isə Kremlin səbr kasasını daşıracağı ehtimalları böyükdür. Bunun nəticəsidir ki, artıq İrəvanı yeni aksiyalar dalğası bürüyüb və Paşinyanın kreslosu 44 günlük müharibədən sonrakı günlərdən daha sərt laxlamağa başlayıb.

Bir sözlə, hal-hazırda Ermənistan üzərində ABŞ-Rusiya rəqabəti ən kəskin formada özünü büruzə verir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin də fikirləri bu yöndədir. Onun sözlərinə görə, ABŞ Pelosini Tayvana göndərdiyi məqsədlə İrəvana göndərib:
 

MÖVZU İLƏ BAĞLI:

“Gürcüstanın vasitəçilik təklifi daha səmimidir” – Zərdüşt Əlizadə


“Bir müddət əvvəl Pelosinin Tayvana göndərilməsində məqsəd Çinə ismarış yollamaq idi. Hal-hazırda isə ABŞ onu İrəvana yollamaqla Rusiyaya mesaj verir. Görünən odur ki, Ermənistan üçün heç nə yaxşı olmayacaq. Yəni, Rusiyanın Amerikaya gücü çatmasa da Ermənistana ki gücü çatır.

Münaqişənin daha da kəskinləşməsi ehtimalı ilə bağlı dəqiq proqnoz vermək çətindir. Lakin məlum olan odur ki, Rusiyanın Ermənistana qarşı münasibəti dəyişəcək. Çünki gedən proseslər göz qabağındadır.
Ermənistan addım-addım Rusiyadan üz döndərir. Paşinyan hamisindən uzaqlaşıb, Amerikaya üz çevirir. Əgər haminin gücü çatacaqsa, onu cəzalandıracaq. Ancaq istənilən halda Ermənistanı yaxşı heç nə gözləmir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin