Vətən müharibəsinin bitməsindən təxminən 3 ay keçsə də, Ermənistan qurbanlarının, yaralananların, itkin düşənlərin və əsirlərin dəqiq sayını hələ də açıqlamayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat erməni mediasında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyan İrəvanda qanlı qarşıdurma hazırlayır” - Müxalifət liderindən AÇIQLAMA
Mənbə yazır ki, yeni təyin olunmuş səhiyyə naziri Anahit Avanesyan dünən müharibənin əvvəlindən bəri ümumilikdə 3450 cəsədin məhkəmə tibbi-ekspertiza mərkəzinə aparıldığını bəyan edib.
Baş nazirin müavini Tigran Avinyan isə Ermənistan parlamentinin sessiyası zamanı 3439 cəsədin araşdırıldığını bildirib.
Bizim.Media