Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.
Tərəflər Ermənistanın KTMT-yə müraciəti ilə bağlı qəbul edilən qərarların reallaşmasını müzakirə edib.
Bundan əlavə o, Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı aparıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədindəki son hadisələr müzakirə olunub.
Makron sülh danışıqları çərçivəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Tərəflər Ermənistanın BMT-yə müraciətini də müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
11:09 / 16.09.2022
Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə etdi
Hazırda oxunan: Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə etdi
Hazırda oxunan: Paşinyan Putin və Makronla sərhəddəki vəziyyəti müzakirə etdi
94121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.