“Paşinyan İrəvanda qanlı qarşıdurma hazırlayır” - Müxalifət liderindən AÇIQLAMA

Hazırda oxunan: “Paşinyan İrəvanda qanlı qarşıdurma hazırlayır” - Müxalifət liderindən AÇIQLAMA

9408

“Nikol Paşinyanın parlamentin tribunasından çıxış edərək müxalifətin bütün hərəkətlərinin əsirlərin geri qaytarılmasına mane olduğu haqqında dediyi fikirlər yalandır”. 

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə “Vətən” partiyasının üzvü Arsen Babayan 22 yanvarda parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərə verdiyi müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta erməni iddialarına peşəkar cavab – İRƏVAN DA BİZİMDİR - Fotofakt - VİDEO


Müxalifət üzvü 44 günlük müharibə zamanı xalqı aldadan hakimiyyətin bu işi hələ də davam etdirdiyini açıqlayıb.

O, bildirib ki, hazırda hakimiyyət cəmiyyətin onlara dəstək verməsi barədə yalan məlumatlar yaymaqla məşğuldur. Babayan bunun da saxta xəbər olduğunu vurğulayıb.

Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı isə o, bildirib ki, mövcud hakimiyyət bunu öz xeyrinə həll etmək üçün cinayətə də əl ata bilər.

“Bu hökumətin itirəcəyi çox şey var. Paşinyan hakimiyyətini itirmək istəmir. Bundan başqa o, törətdiyi cinayətlərə görə məhkum olacağını bilir.

Ona görə Paşinyan öz hakimiyyətini qorumaq üçün əlini xalqın qanına bulayacaq, o, ölkədə qanlı qarşıdurma hazırlayır.  

Hakimiyyət dəyişikliyi üçün ən yaxşı seçim, Nikolun istefaya getməsidir. Ancaq o, bunu etməyəcək. Ona görə, təcili prokurorluq cinayət təqibinə başlamalı və Paşinyanı həbs etməlidir”,- deyə müxalifətçi fikrini tamamlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin