Ermənistan müxalifətinə qarşı repressiyalar başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır” – Qabrielyanov
Mənbə yazır ki, Ermənistanın "Vətənin xilası üçün" hərəkatının liderlərinə qarşı cinayət işi qaldırılıb.
Ölkə mətbuatı bu qərarları müxalifətə qarşı repressiyalar kimi tirajlayıb. Bundan başqa Ermənistan iqtidarı tərəfinə çəkməkdən ötrü deputatların çoxuna konvertlərdə iri məbləğdə pul verir. Məqsəd isə, müxalifətlə mübarizə üçün birlik yaratmaqdır.
Paşinyanı biabır etmək məqsədi güdən yazılarda Ermənistan baş nazirinin 44 günlük savaşla bağlı sirr saxlamağa çalışdığı itkilərə də toxunulub.
Bununla da bir erməni paradoksu yaranıb - Paşinyan xalqı aldatsa da, hökumətini gücləndirir. Müxalifət etiraz üçün küçələrə çoxlu sayda insan çıxara bilmir.
Erməni jurnalistlər İrəvanın hazırki vəziyyətini 1996-cı ilə oxşadırlar. Belə ki, Petrosyan prezident seçkilərində məğlub oldu, amma Manukyanın cümə mitinqləri tədricən itdi.
Bizim.Media