“Ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır” – Qabrielyanov

Hazırda oxunan: “Ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır” – Qabrielyanov

9315

“Nikol Paşinyan həm insan, həm də siyasətçi kimi itirilib. Rejimin qıcolmaları onu reanimasiya etmir”.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bunu Rusiyanın media maqnatlarından sayılan Aram Qabrielyanov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Arutyunyanı İrəvana çağırdı – Təcili iclas keçirildi


Onun sözlərinə görə, Rusiyada yaşayan ermənilərin 90 faizi Paşinyanın istefasını istəyir. 

Qabrielyanov iddia edir ki, internetin erməni seqmentinin 70 %-i Paşinyanı baş nazir postundan göndərməyin tərəfdarıdır. 

“Paşinyan həm ermənilər, həm də Rusiya erməniliyi üçün tamamilə itirilib. Rejimin qıcolmaları da onu reanimasiya etmir. Ermənistanı fəlakətdən çıxaracağı təqdirdə ermənilərin əksəriyyəti Köçəryanın hakimiyyətə qayıdışını arzulayır. 

Azərbaycan ictimaiyyəti də Köçəryana nifrət edir. Bu da başadüşüləndir”,- deyə Qabrielyanov fikrini yekunlaşdırıb. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin