Paşinyan Rikerlə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə etdi

Hazırda oxunan: Paşinyan Rikerlə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə etdi

93112

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikeri qəbul edib.

Bizim.Media “sputnik armeni”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması, həmçinin regional sabitlik və təhlükəsizliklə bağlı digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
Görüşdə həmçinin Qarabağ münaqişəsi və 44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlərlə bağlı bir sıra məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin