Gəmiçiliklə bağlı Türkiyə ilə VACİB RAZILAŞMA

Hazırda oxunan: Gəmiçiliklə bağlı Türkiyə ilə VACİB RAZILAŞMA

92846

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Bizim.Media quruma istinadən xəbər verir ki, səfər Türkiyə ilə Azərbaycan arasında dəniz nəqliyyatı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.

Səfərin ilk günündə Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ankara şəhərində Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanla, eləcə də Tərsanələr və Sahilboyu Tikililər Baş İdarəsinin müdiri Sahil Tanla ikitərəfli görüşlər keçirib.

Görüş zamanı  Azərbaycanla Türkiyə arasında çoxşaxəli münasibətlərin inkişaf səviyyəsindən danışılıb və dəniz nəqliyyatı sahəsi üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, mövcud geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin perspektivləri müzakirə edilib. 

Görüşdə Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların tənzimlənməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində "Vahid Pəncərə" sisteminin tətbiqi müzakirə mövzusu olub.

Bununla yanaşı, Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi, liman və bayraq nəzarəti müfəttişləri və gəmi hərəkətinin idarə edilməsi sisteminin operatorları üçün təlimlərin keçirilməsinə dair razılığ əldə olunub.

İkitərəfli görüşlər zamanı sözügedən idarələrin fəaliyyətinə dair təqdimatlar da keçirilib.

Səfər çərçivəsində Tekirdağ şəhərində yerləşən Türkiyənin Milli Dəniz Təhlükəsizliyi və Təcili Müdaxilə Mərkəzində, həmçinin ilk konteyner tranzit limanı olan "Asyaport" limanında da görüşlər keçirilib. Nümayəndə heyəti “Asyaport” limanının fəaliyyəti ilə tanış olub.
Qeyd edək ki, nümayəndə heyətiin İstanbul şəhərindəki Liman İdarəsində də görüşü nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin