Hakimləri seçmək əvəzinə əsirləri xilas etmək lazımdır - Ermənilər yenə etiraz edir

Hazırda oxunan: Hakimləri seçmək əvəzinə əsirləri xilas etmək lazımdır - Ermənilər yenə etiraz edir

9279

Bu gün bir qrup vətəndaş Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası təşkil edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Arutyunyanı İrəvana çağırdı – Təcili iclas keçirildi


Mənbə yazır ki, parlament yanvarın 22-də növbədənkənar iclas keçirir və Ali Məhkəmə Şurasına üzv seçilməlidir. 

"Mənim addımım" fraksiyası David Xaçatryan və Qaqik Cahangiryanın namizədliklərini təklif edib.

Respublika Partiyasının Gənclər qanadının rəhbəri Ayk Mamicanyan jurnalistlərlə söhbətində bildirib ki, Baş nazir iki il əvvəlki hakimiyyətin nümayəndələri haqqında mənfi fikirdədir, hakim blok fraksiyası isə Cahangiryanın namizədliyini irəli sürür.

"Qaqik Cahangiryanın işlədiyi illərdə baş vermiş qanunsuzluqlar haqqında əfsanələr gəzir. Amma məsələ onda deyil, hökumətin işi əsirlərlə məsələni həll etmək əvəzinə Məhkəmə Şurasına üzv seçməkdən ibarətdir",- Mamicanyan bildirib.

Aksiya iştirakçılarının sözlərinə görə, hakimiyyət məhkəmə sistemini ələ keçirmək istəyir. Onlar parlamentin cümə gününə təyin olunmuş növbədənkənar iclasının ləğv olunmasını tələb edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin