“Qarabağın müstəqilliyinin tanınması ehtimalı olub. Hansı özünü aldatmaqdan söhbət gedə bilər?”
Bizim.Media xəbər verir ki, bunu MediaHub.am-a müsahibəsində Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan “Vətəndaş müqaviləsi”nin deputatı Arsen Torosyanın Qarabağın müstəqilliyinin tanımaq şansının olmadığı barədə bəyanatını şərh edərkən deyib.
“Bilirsiniz ki, danışıqlar prosesi aşağıdakı prinsiplərə əməl edib: gücdən istifadə etməmək, eləcə də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ çərçivəsində. Başqa sözlə, bütün proses Qarabağda müvəqqəti yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququnun tanınması ilə bağlı idi.
Ona görə də bu danışıqlarda Ermənistan tərəfi həmişə iştirak edirdi. Məqsədimiz o idi ki, Azərbaycan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu tanısın.
Ermənistan ardıcıl olaraq hər şeyi etdi ki, danışıqlar prosesi uğursuzluğa düçar olmasın, Azərbaycan isə bu prosesi iflasa uğratdı və müharibə variantını seçdi”, - Ayvazyan bildirib.
Xatırladaq ki, Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Arsen Torosyan bildirib ki, Qarabağın müstəqilliyinin tanınmaq şansı yoxdur və heç vaxt da olmayıb:
“Bu, sadəcə özünü aldatmaq olub”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:57 / 08.09.2022
Keçmiş nazirdən Paşinyanın “deputatı”na REAKSİYA: “Azərbaycan müharibə variantını seçdi”
Hazırda oxunan: Keçmiş nazirdən Paşinyanın “deputatı”na REAKSİYA: “Azərbaycan müharibə variantını seçdi”
Hazırda oxunan: Keçmiş nazirdən Paşinyanın “deputatı”na REAKSİYA: “Azərbaycan müharibə variantını seçdi”
92752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.