Qərb Ermənistanda yenidən öz zəifləmiş nüfuzunu bərkitmək istəyir.
Bizim.Media “Sputnik Armenia” istinadən xəbər verir ki, Co Baydenin 20 yanvarda keçən inaqurasiyasından sonra ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi dərhal hərəkətə keçib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda zəlzələ yerli əhalini panikaya saldı
O, ekspertləri və siyasətçiləri başına toplayaraq səfirlikdə müşavirə keçirib.
İclasın əsas mövzusu isə, təxmin edildiyi kimi Qarabağın müzakirəsi olub. İclasda bir məqam da diqqətlərdən yayınmayıb.
44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanda rusiyameyillilərin güclənməsi təbii ki, ABŞ-ı narahat etməyə bilməzdi.
Bu görüşü ekspertlər tərəfindən Qərbin Ermənistanda revanşist addımı kimi də dəyərələndirilir.
“Sputnik Armenia”nın müxbirinin araşdırmasından bəlli olub ki, ABŞ səfirinin başına yığılan insanlar cəmiyyətdə Qərb sevgisi ilə tanınan simalar olub. Onların əksəriyyəti Corc Soros məktəbinin yetirməli kimi tanınıb.
Rusiya meyilli mətbuat və ekspertlər bu görüşü özünəməxsus tərzdə şərh ediblər. Yazıların hamısında qısqanclıq və ironiya öz əksini tapıb.
“Sputnik Armenia”: “Görüşdə iştirak edən eksperlərin necə seçildiyini təxmin etmək çətin deyil. Kim pul ödəyirdə, misiqini də o sifariş verir”.
İzahı budur ki, hətta biabırçı məğlubiyyətdən sonra da Paşinyan rejimi Qərbin maliyyəsi və supergüclər arasında razılaşmaya əsasən Ermənistanda öz hakimiyyətini qoruyub saxlayır.
Vüsalə Balayeva, Bizim.Media