Putindən Paşinyana sərt REAKSİYA: “Nikol, 2 milyon erməni Rusiyaya köçüb”

Hazırda oxunan: Putindən Paşinyana sərt REAKSİYA: “Nikol, 2 milyon erməni Rusiyaya köçüb”

92561

“Bir çox rusiyalı maliyyə köçürmələri ilə bağlı problemlərə görə Ermənistana köçüb”.

Bizim.Media “Kommersant”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda səsləndirib.

Baş nazir hesab edir ki, Ermənistana köçən rusların öz vətənlərinə qayıtma ehtimalı daha yüksəkdir, çünki bunu Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində sərbəst hərəkət kimi qəbul etmək lazımdır.
Rusiya prezidenti onun dediklərinə sərt reaksiya verib: "Bağışlayın, Nikol, cavab verməyə başlamazdan əvvəl demək istəyirəm ki, Rusiyaya 2 milyondan çox erməni gəlib:

“Moskva rus biznesinə fayda verən hər şeyi alqışlayır. Gedənlərin çoxu artıq qayıdıblar. Anlayıblar ki, burada dəhşətli heç nə baş vermir, hər şey stabildir. Əgər kimsə Ermənistanda işləməyi sevirsə, qoy çalışsın”.

Putin etiraf edib ki, Ukraynadakı müharibə və Rusiyaya tətbiq edilən sanksiyalar fonunda İT mütəxəssislərinin xaricə axını başlayıb:

“Martın sonuna kimi bu rəqəm 50-70 min olub. Baş nazir Mixail Mişustin yayda gedənlərin təxminən 85%-nin geri qayıtdığını deyir”.

“Rosstat”ın məlumatına görə, ilin əvvəlindən miqrasiya axını 96 min nəfər təşkil edib, ruslar daha çox MDB ölkələrində qalmağa üstünlük verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin