“Sputnik Armenia” nəşri paytaxt İrəvanın küçələrində vətəndaşlardan “Onları hazırda hansı mövzular narahat edir?” sualına cavab almağa çalışıb.
Bizim.Media xəbər verir ki, iştirakçıların əksəriyyəti üçün ən vacibi daimi sülhün bərqərar olunmasıdır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda zəlzələ yerli əhalini panikaya saldı
Bəziləri pensiyalarından şikayət edib, bəziləri sağlamlığından narahat olduğunu bildirib.
"Sülh, başqa heç nə", - bir qadın belə cavab verib.
"Ailəmin, uşaqlarımın və nəvələrimin sağlamlığı". Soruşulan kişilərdən biri belə deyib.
Bir gənc qız bu il onun üçün ən əhəmiyyətli işin nə olduğunu vurğulayıb.
"Mənə elə gəlir ki, bizim hamımız üçün bir nömrəli vəzifə dövlətimiz naminə işləməkdir",- deyə o bildirib.
Bəzi respondentlər ölkədə cinayət səviyyəsinin artmasından şikayət ediblər.
Bizim.Media