Xəbər verdiyimiz kimi, Ermənistanda hazırkı hakimiyyətin əleyhdarları dünən baş nazir Nikol Paşinyanın heykəlini beşinci dəfə zədələyərək “başını” sındırıblar. Artıq heykəl bu gün səhər bərpa olunub.
Yeri gəlmişkən, vandalizm aktlarından qorumaq üçün heykəl xüsusi olaraq quraşdırıldığı İcevan-Noyemberyan magistral yolundan yerli kilsənin həyətinə köçürülmüşdü.
Bizim.Media xəbər verir ki, İrəvanın “Hraparak” nəşri mövzu ilə bağlı ironiyalı yazı dərc edib.
Vurğulayıb ki, hər dəfə Paşinyanın abidəsini sındıranda elə sürətlə bərpa edirlər ki, guya erməni xalqının taleyi bu heykəldən asılıdır.
Mənbə yazır ki, hazırda Paşinyanın heykəlinin yanında bir neçə kamera quraşdırılıb. Məqsəd onu sındırmaq istəyənləri qorxuya salmaqdır.
Bizim.Media
- A-
- A
- A+
Region
10:25 / 07.09.2022
Guya erməni xalqının taleyi Paşinyanın heykəlindən asılıdır?
Hazırda oxunan: Guya erməni xalqının taleyi Paşinyanın heykəlindən asılıdır?
Hazırda oxunan: Guya erməni xalqının taleyi Paşinyanın heykəlindən asılıdır?
92475
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.