Ermənistanın Cermuk şəhərində istirahət parkındakı ermənilərin incəsənət xadimləri və tanınımış şəxslərinin büstləri təhqir edilib.
Bizim.Media xəbər verir ki, bu barədə biologiya elmləri doktopru, professor Samvel Pipoyan feysbuk səhifəsində bildirib.
O qeyd edib ki, Komitasın, Sevakın, Tumanyanın, Aram Xaçatryanı, Martiros Saryanın və onlarla tanınmış erməninin parkda büstü qoyulub. Həmin büstlər naməlum şəxslər tərəfindən təhqir olunub.
S.Pipoyan bildirib ki, büstlərin üzü yazılıb, dağıdılıb.
Cermukdakı bu hadisə Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı törətdiyi vəhşilikləri, vandalizmi yada salır. Ermənilər Qarabağ və ətraf rayonlarda Azərbaycana aid tarixi, dini, mədəni abidələri, məscidləri kilsələri dağıdıblar.
Bu mədəniyyətin, tərbiyənin yiyəsi olan ermənilər, Ermənistan və havadarları Azərbaycandan ermənilərin dağıtdıqları abidələri qorumağa tələb etmək kimi yersiz iddialar irəli sürürlər.
Cermukda özlərinə aid büstlərə zərər vuran bu etnosun təmsilçilərinin 30 ildə Azərbaycan torpaqlarında törətdikləri vəhşiklərin miqyası daha böyükdür.
Azərbaycan qarşısında böyük tələblər qoyub, iddalar irəli sürənlər dağıdılan bu abidələrə diqqətlə baxması daha məsləhətlidir.
Bizim.Media
- A-
- A
- A+
Region
16:11 / 06.09.2022
Ermənistanda tanınmış ermənilərin büstləri təhqir edilib - FOTO
Hazırda oxunan: Ermənistanda tanınmış ermənilərin büstləri təhqir edilib - FOTO
Hazırda oxunan: Ermənistanda tanınmış ermənilərin büstləri təhqir edilib - FOTO
92371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.