Rusiya VII Şərq İqtisadi Forumu niyə Vladivostokda keçirir? – Mühüm MESAJLAR

Hazırda oxunan: Rusiya VII Şərq İqtisadi Forumu niyə Vladivostokda keçirir? – Mühüm MESAJLAR

92359

Bu ilin 5-8 sentyabr tarixində Rusiyanın Vladivostok şəhərində VII Şərq İqtisadi Forumu keçirilir.

Forumun işinə bir neçə ölkənin prezidenti, baş nazirləri də qatılıb.

Qeyd edək ki, Rusiya tərəfindən belə bir forum 2015-ci ildən üzü bəri hər il keçirilir. Həmin foruma Rusiyada bir sıra iqtisadçılar indiki durumda ölkələrinin Avrasiya potensialının reallaşması üçün əla fürsət kimi baxırlar. 
Forumla bağlı maraqlı olan bir məqam da var. 

Belə bir forumu yaratmaq və onu məhz Vladivostokda təşkil etməklə Kreml dünyaya, xüsusəndə Qərbə hansı mesajları verir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, sözügedən forumu Vladivostokda keçirməklə Rusiya öz iqtisadi fəaliyyətini Şərqə doğru keçirdiyini göstərmək istəyir:

“Bənzər forumlar artıq bir neçə dəfə Vladivostok şəhərində keçirilib. Amma indi Şərq İqtisadi Forumunun Vladivostokda keçirilməsinin xüsusi bir mesajı, mənası var. Bununla Moskva göstərmək istəyir ki, öz iqtisadi fəaliyyətini Şərqə tərəf keçirir. Yəni Çinə, Hindistana və şərqin digər ölkələrinə doğru çevirir”.

Ekspert qeyd edir ki, forum ilk növbədə Avropa və ABŞ-a qarşı yönəlib: 

“Vladivostokdakı tədbirlə Rusiyanın dünyaya verəcəyi əsas mesaj Qərb dünyasından təcrid olunacağı təqdirdə ölkəsinin resurslarını Şərqə, Çinə doğru yönəldəcəyi istiqamətində olacaq.

Bu mənada, Şərq İqtisadi Forumun Vladivostok görüşü əsasən ABŞ və Avropaya ünvanlanacaq. Rusiyanın resursları tək neft və qazdan ibarət deyil. Qərb uzun müddət idi ki, Rusiyadan resurs bazası kimi yararlanırdı.
İndi isə sanksiyalar fonunda əvvəlki tək yararlana bilmir. Bu mənada sözügedən forumun keçirilməsində verilən mesaj odur ki, Rusiya Qərbdən təcrid olunduqca, resurslarını daha çox Çin, Hindistan və digər şərq ölkələrinə yönəldəcək.

Bu da Moskvanın mesajına görə, məhz sözügedən ölkə və regionun inkişafına səbəb olacaq. Uduzan isə Kremlə görə yenə də Qərb olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin