Rusiya Xəzər dənizindən Ukraynaya zərbə endirdi

Hazırda oxunan: Rusiya Xəzər dənizindən Ukraynaya zərbə endirdi

92305

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Ka-52 helikopterini və Xəzər dənizindən atılan altı X-101 qanadlı raketindən beşini vurub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb.

Məlumata görə, sentyabrın 6-da səhər saat 8 radələrində Ukraynanın cənubunda və şərqində ölkənin Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri Xəzər dənizi regionundan Rusiyanın Tu-95MS təyyarəsindən atılan altı X-101 qanadlı raketindən beşini məhv edib. 

Bundan əlavə, çərşənbə axşamı Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölməsi rus işğalçılarının Ka-52 Alligator hücum helikopterini vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin