Türkiyə qırıcıları yenidən Bakı səmasını bəzəyəcək

Hazırda oxunan: Türkiyə qırıcıları yenidən Bakı səmasını bəzəyəcək

92169

Türkiyənin Türk Aviasiya və Kosmos Sənayesi şirkəti (TÜSAŞ) Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) iştirak edəcək. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, tədbir sentyabrın 6-8-də 32 ölkədən 200-dən çox şirkətin iştirakı ilə keçiriləcək. 

İştirakçılar arasında Türkiyə, Rusiya, Çin, Fransa, İtaliya, Niderland, Bolqarıstan və digər ölkələrin aparıcı sənaye şirkətləri var. Beynəlxalq sərgi çərçivəsində səkkiz milli stend təşkil olunacaq.
Tədbir çərçivəsində TUSAŞ aviasiya və kosmos sahəsindəki texnologiyalarını, o cümlədən Türkiyənin ilk HÜRKUŞ təlim-məşq təyyarəsi, “HÜRJET” reaktiv təlim-məşq təyyarəsini və beşinci nəsil döyüş təyyarəsi ilə bağlı layihələrdən birini nümayiş etdirəcək. 

TUSAŞ-ın baş direktoru Temel Kotil şirkətin bütün dünyanın yaxından izlədiyi layihələrini ADEX çərçivəsində təqdim etmələrindən məmnunluğunu ifadə edib. 

“Biz bundan əvvəl TEKNOFEST çərçivəsində Azərbaycan gəncləri ilə görüşmüşdük. Bu dəfə region ölkələrinin dövlət və hərbi nümayəndələri ilə görüşəcəyik. Bizim dost və qardaş ölkə Azərbaycanla bir çox sahələrdə potensial əməkdaşlığı müzakirə etmək imkanımız olacaq”, - deyə Kotil bildirib.

Bundan əlavə, sərgidə iştirak edəcək nümayəndə heyətləri ilə regional əməkdaşlıq imkanlarının qiymətləndirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin