İranda yüzlərlə qadın hicaba görə tutulub - FOTO

Hazırda oxunan: İranda yüzlərlə qadın hicaba görə tutulub - FOTO

92064

İranda ETTELAAT qüvvələri hicaba qarşı müqavimətə çağıran 300 nəfəri həbs edib.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə İranda Əxlaq Polisinin sözçüsü Əli Xanməhəmmədi açıqlama yayıb.

Onun sözlərinə görə, saxlanılanlar müxtəlif yollarla hicabsızlığı təbliğ edən qrupların başçılarıdır.

Bununla yanaşı, SEPAH-ın nəzarətində olan “Fars” xəbər agentliyi də hicabsızlığa qarşı mübarizənin yeni dalğasını yolun başlanğıcı adlandırıb və müvafiq qurumları bununla bağlı daha əhatəli işlər görməyə çağırıb.

Əxlaq Polisinin sözçüsünün “hicaba qarşı təbliğat”a görə tutulduqlarını iddia etdiyi şəxslər hüquq müdafiəçiləri, ictimai və siyasi fəallardır.

Onlar məcburi hicab qaydalarının icrasını insanların hüquqlarının pozulması, vətəndaşların şəxsi həyatı və geyim tərzinə dövlət müdaxiləsinin hüquq pozuntusu olması barədə çıxışlarına görə həbs ediliblər.
Qeyd edək ki, xüsusilə son aylar İranda məcburi hicab qaydalarına əməl etməyən onlarla qadın tutulub, yüzlərlə qadın isə döyülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin