Anna Akopyanın günah keçiləri: Mikael Arzumanyan və Cəlal Arutyunyan

Hazırda oxunan: Anna Akopyanın günah keçiləri: Mikael Arzumanyan və Cəlal Arutyunyan

91957

İrəvan mediası və ekspertləri günlərdir ki, Paşinyan hökumətini erməni generallarla məşğul olmağa vadar edən səbəblərlə maraqlanır. Qeyd edək ki, bu həftə Ermənistan İstintaq Komitəsinin Qarabağdakı erməni işğalçı ordusunun keçmiş komandanları - Arayik Arutyunyanın baş müşaviri  Mikael Arzumanyan və Cəlal Arutyunyana qarşı ittiham irəli sürdüyü məlum olub.

Bizim.Media xatırladır ki, ötən il oktyabrın 27-də Arutyunyan işğalçı kontingentin komandanı postunda çalışarkən Azərbaycan PUA-sı tərəfindən vurulub.

Arzumanyan da o insidentdən sonra bu vəzifəyə gətirilib.

“Hraparak” nəşrinin jurnalistləri qeyd edirlər ki, Paşinyan Arzumanyan və Arutyunyanı qisas məqsədilə aradan götürüb. Məlum olub ki, hər iki general 44 günlük müharibə zamanı Xankəndidə bunkerdə olan Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanla mübahisə edib.

Eyni zamanda, hər iki general Anna Akopyan haqqında pis ifadələr işlədiblər. Bundan əlavə, onlar Paşinyanın özü haqqında da nalayiq sözlər işlədiblər.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Argişti Karamyan dərhal baş nazirə məlumat verib. O, Qarabağda müharibəyə, separatçıların generallarına və rəhbərlərinə gizli nəzarət edirdi.

Mənbə qeyd edir ki, Arzumanyan və Arutyunyan Anna Akopyanı təhqir etməkdə ittiham oluna bilmədiklərinə görə, 44 günlük müharibədə Ermənistanın məğlubiyyəti baxımından günah keçisi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin