“Beynəlxalq Əfv Təşkilatı” İranda 1988-ci ildə siyasi məhbusların edam edilməsi ilə bağlı beynəlxalq araşdırma başladılmasını tələb edib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədən təşkilatın bəyanatında qeyd edilib.
“İranın hökumət qüvvələri nəzərdə tutulan şəxsi küçədən və yaxud yaşadığı yerdən oğurlayaraq yoxa çıxarırlar. Onlar törətdiyi cinayətin məsuliyətini öz üzərinə heç vaxt götürməyəcəklər. Bu, cinayət əməlidir və beynəlxalq səviyədə araşdırılmalıdır” –deyə bəyanatda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
İran Beynəlxalq Əfv Təşkilatının çağırışına məhəl qoymur - Yeniyetmə edam ediləcək
Həmçinin qeyd edilib ki, 1988-ci ilin avqust-sentyabr aylarında İran rəsmiləri minlərlə siyasi müxalifi mühakiməsiz edam edib və onların cəsədlərini gizli şəkildə dəfn edib:
“Bu günə qədər rəsmilər edam olunanların taleyi və dəfn olunduğu yerlə bağlı həqiqətləri gizlətməkdədir. İranda davam edən bu insanlığa qarşı cinayətlərə görə indiyədək heç bir keçmiş və ya indiki hökumət rəsmisi məsuliyyətə cəlb edilməyib. Əvəzində bu cinayətlərdə bilavasitə iştirakına dair sübutlar olan səlahiyyətlilər ölkədə ən yüksək vəzifələrə, o cümlədən ədliyyə naziri, məhkəmə orqanlarının rəhbəri və prezident postlarına yiyələniblər”.
Bizim.Media