İtaliya hakimiyyəti rusiyalı iş adamı Vyaçeslav Kantorun əmlakına həbs qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “L'Unione Sarda” nəşri yayıb.
Jurnalistlərin məlumatına görə, ölkə ərazisində biznesmenin 11 villası həbs edilib. Onlardan ikisini Kantor İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ailəsindən alıb.
Müsadirə edilən əmlak Sardiniya sahillərində yerləşən Porto Rotondo kurortunda yerləşir.
Qeyd edək ki, Vyaçeslav Kantor 2022-ci ilin yazında Aİ sanksiyalarına məruz qalıb. Bunun fonunda o, öz “Akron” şirkətinin səhmlərinin 45,1%-ni üç top-menecerin idarəçiliyinə verib.
KP.RU saytı yazıb ki, İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları sahibkar və memar Lanfranko Çirillonun 141 milyon avro dəyərində əmlakını müsadirə ediblər. 63 yaşlı iş adamı Rusiya biznesinin əsas nümayəndələri, eləcə də Rusiya rəhbərliyi ilə əlaqələrdə şübhəli bilinir.
Müstəntiqlərin fikrincə, Çirillo 2013-cü ildən 2019-cu ilə qədər əldə etdiyi on milyonlarla avro gəlirini bəyan etməyib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:41 / 01.09.2022
Rusiyalı iş adamı Vyaçeslav Kantorun İtaliyada 11 villasına həbs qoyuldu
Hazırda oxunan: Rusiyalı iş adamı Vyaçeslav Kantorun İtaliyada 11 villasına həbs qoyuldu
Hazırda oxunan: Rusiyalı iş adamı Vyaçeslav Kantorun İtaliyada 11 villasına həbs qoyuldu
91493
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.