Rusiyada yaşayan erməni əsilli aktyor Qarik Martirosyan Azərbaycan çayı içməkdən imtina edib.
Bizim.Media “novostiarmenia” telegram kanalına istinadən xəbər verir ki, o, bu hərəkətini Rusiyanın NTV kanalında yayımlanan “Maska” şousunda nümayiş etdirib.
MÖVZU İLƏ BAĞLI:
Şok iddia: Ermənistan parlamentinin spikeri Türkiyə agenti imiş
Belə ki, Martirosyandan başqa dörd münsif heyətinin Filip Kirkorov, Valeriya, Reqina Todorenko və Timur Rodrigesin qarşısında sponsorlardan biri olan "Azərçay"ın logosu olan fincanlar olub.
Erməni aktyor bu hərəkəti ilə Azərbaycan çayından imtina etdiyini nümayişkaranə göstərib.
Bununla da öz xalqına dəstək olduğunu nümayiş etdirib.
Vüsalə Balayeva, Bizim.Media