Son vaxtlar Azərbaycan və Türkiyə əleyhinə sərt açıqlamalar verən İranın İtaliyadakı keçmiş səfiri, hazırda siyasi ekspert Əbülfəzl Zohrevənd “Tahririeh” saytına müsahibə verib.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, jurnalistin “Qarabağ savaşı zamanı İran son dərəcə qeyri-müəyyən siyasət yürüdüb. Eyni zamanda İranda bir çox görkəmli milli, hətta din xadimləri də Azərbaycanı dəstəklədi və nəhayət, İranın sivilizasiya arealının ziyanına olan hadisələr baş verdi” sualına cavab olaraq Zohrevənd iddia edib:
“Qarabağ müharibəsi ümumiyyətlə baş verməməli idi. Ermənilər və azərbaycanlılar əslində İran sivilizasiyasının bir hissəsi olublar”.
“Azərbaycan İranın Ermənistanla sərhədini kəsməyə çalışır. Bu, bizim üçün qəbuledilməzdir”,-deyə o, cəfəng iddialar irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:49 / 29.08.2022
Zohrevənd yenə SƏRSƏMLƏDİ: \"Ermənilər və azərbaycanlılar əslində İranın bir hissəsidir\"
Hazırda oxunan: Zohrevənd yenə SƏRSƏMLƏDİ: \"Ermənilər və azərbaycanlılar əslində İranın bir hissəsidir\"
Hazırda oxunan: Zohrevənd yenə SƏRSƏMLƏDİ: \"Ermənilər və azərbaycanlılar əslində İranın bir hissəsidir\"
90989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.