Cənubi Qafqaz regionunda sabitliyə aparan yol üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir.
Bizim.Media xəbər verir ki, bu Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilənin imzalanmasının 25 illiyi münasibəti ilə bağlı bəyanatında bildirilib.
"Biz İrəvana müdafiə qabiliyyətini və sərhəd təhlükəsizliyini gücləndirməkdə, qonşuları ilə əlaqələri normallaşdırmaqda kömək etməyə davam etməkdə qərarlıyıq.
Əminik ki, regionda sabitliyə aparan yol 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli razılaşmalara ciddi riayət etməkdən keçir. Rusiya sülhməramlı kontingenti Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas amil olaraq qalır", - deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Region
12:42 / 29.08.2022
Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA
Hazırda oxunan: Rusiya XİN-dən üçtərəfli razılaşmalarla bağlı AÇIQLAMA
90936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.