Erməni jurnalist, bloger Roman Bağdasaryan valideynlərə səslənərək oğullarını Ermənistan ordusuna göndərməməyə çağırıb. Onun fikrincə, Müdafiə Nazirliyində xaos, qorxu və özbaşınalıq hökm sürür.
Bizim.Media xəbər verir ki, o, bu barədə öz Telegram kanalında yazıb.
“34 ildir əsgərlərdən “alət” kimi istifadə edirlər, alma oğurluğuna görə onları tuturlar. Heç bir ata oğlunu riskə atıb belə “şəxslərə” etibar etməməlidir.
Ata oğlunu orduda narkotik paylayanlara etibar etməməlidir. 34 ildir ki, tədarükçüləri və istehsalçıları tuta bilmirlər.
Ata 34 ildir günahsız iş adamlarını qətlə yetirənlərə övladını etibar etməməlidir.
Oğlunuzu 34 ildir televiziya ekranında yalan danışanlara, həqiqətə görə jurnalistləri təqib edənlərə etibar etməyin.
Əsgərləri öz mobil şirkətləri üçün çuxur qazmağa, qul kimi generalların evlərini tikməyə məcbur edirlər. Oğlunuzu belə “insanlara” etibar etməyin”, – Bağdasaryan yazıb.
Bizim.Media
- A-
- A
- A+
Region
12:39 / 29.08.2022
Roman Bağdasaryan erməni valideynlərə: “Oğullarınızı orduya göndərməyin”
Hazırda oxunan: Roman Bağdasaryan erməni valideynlərə: “Oğullarınızı orduya göndərməyin”
Hazırda oxunan: Roman Bağdasaryan erməni valideynlərə: “Oğullarınızı orduya göndərməyin”
90935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.