İranın tez-tez təyinatini dəyişən DİLİ – Bəyanatlar hansı həyəcandan xəbər verir?

Hazırda oxunan: İranın tez-tez təyinatini dəyişən DİLİ – Bəyanatlar hansı həyəcandan xəbər verir?

90607

Molla rejiminin pərvazlandırdığı bir neçə sərsəm düşüncəli diplomatlarından sonra İranın Əfqanıstan və İtaliyada səfiri olmuş Əbülfəzl Zöhrəvənd də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib.

İran diplomatının ard-arda qonşu dövlətə qarşı torpaq iddia etməsi təsadüfü olmamalıdır. Çünki, sıradan bir məmur beynəlxlaq qanunları, ölkələrin ərazi bütövlüyü və suverenlik prinsiplərini bilməyə bilər, amma uzun illər diplomatik sahədə çalışmış birisinin bunu bilməməsi heç də inandırıcı gəlmir.

Çünki, BMT-yə üzv olmuş hər bir ölkənin bəlli sərhədləri var. Və bu sərhədlər dünyanın bütün dövlətləri tərəfindən tanınması bir şərtdir. Di gəl ki, fars rejimi müasir çağırışlardan ən azı 500 il geri qalır.

İran rəsmilərinin və bu dövlətin ideoloqlarının Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi əslində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımamaq deməkdir. Baxmayaraq ki, üz-üzə gələndə Xamenei başda olmaqla bütün İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını deyirlər.
Elə bu yaxınlarda, həm İranın dini lideri, həm də prezident Rəisi bir daha bəyan etdilər ki, Qarabağ Azərbaycandır və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Əslində, İran diplomatlarının Azərbaycana qarşı hədyan danışması yeni məsələ deyil. Hələ 1991-ci ilin noyabr ayının 27-də “İzvestiya” qəzeti yazırdı ki, “İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti (o vaxtkı nazir) dünən “Exo Moskva” radiosuna müsahibəsində bildirib ki, “biz Azərbaycanın dövlət müstəqilliyini tanımağa hazırlaşmırıq”. Yəni, İranın əvvəldən Azərbaycanın müstəqilliyini tanımaq fikri yox idi.

Lakin, hadisələrin sonrakı inkişafı İranı Azərbaycanın ərazi bütövlüyünü tanımağa zorladı. Zorlanmış İran hakimiyyəti az sonra Vilayətini təcili Bakıya göndərdi.

Qeyd edək ki, müstəqil Azərbaycana səfər edən ilk xarici ölkə rəsmisi kimi Əli Əkbər Vilayəti tarixə düşdü. Bunun ardınca İran 4 yanvar 1992-ci ildə Bakıda konsulluğunu açdı. 



İranın ikili oyunu sonrakı illərdə də davam etdi. Üzdə bizə din qardaşı desə də Ermənistanla daha isti münasibətlər quruldu. Və Azərbaycan torpaqlarının işğalında Rusiya qədər İran da böyük rol oynadı.

İran-Ermənistan münasibətləri son 30 ildə inanılmaz dərəcədə çox və sıx inkişaf edib. Ermənistan Rusiyadan siyasi və iqtisadi cəhətdən asılı olsa da İran ermənilər üçün oksigen mənbəyidir.

Təsadüfi deyil ki, İran ermənilərə öz ərazilərində ruslardan daha çox qayğı və diqqət göstərir. Hazırda İranda erməni Universiteti, kolleci, orta məktəbi və qəzeti var. Rusiyada isə bunların heç biri yoxdur. 


Bu fotoya diqqətlə baxın. İran dövlətinin milli qəhrəman səviyyəsinə qaldırdığı general Qasım Süleymani erməni terrorçusu, Xocalı soyqrımının müəlliflərindən biri olan Monte Melkonyanla necə mehriban poz verir. Bu anlarda Süleymani Melkonyanın “kafir” və “mundar” olduğunu nədənsə unudur.
Təbii ki, fars rejiminin Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməməsinin bir çox səbəbləri var.

Birincisi, azərbaycanlılar 400 ildən artıq farsları idarə edib.1500-cü ildən 1924-cü ilə qədər indiki İran ərazisində söz yiyəsi azərbaycanlılar olub. Rəsmi dövlət dili 400 il türk dili olub. Nəhayət, 1922-ci ildə SSRİ yarandıqdan sonra rusların xeyir-duası ilə farslar hakimiyyətə sahib çıxdılar.

İkincisi, İran cənubi Azərbaycan faktorundan qorxur. Çünki, Cənubi Azərbaycanın ayağa qalxması və Şimala birləşmək istəyi İran dövlətinin sonunu gətirə bilər.

Üçüncüsü, Azərbaycan indiki sərhədləri çərçivəsində qüdrətlənməsi və Zəngəzur dəhlizi ilə Türkiyəyə rahat çıxış əldə etməsi türk dünyasının birliyinə açılan bir qapı ola bilər.

Ona görə də rəsmi Tehran Zəngəzur dəhlizini özləri üçün “qırmızı xətt”, yəni ölüm həddi hesab edirlər.

Ona görə də keçmiş diplomatların köhnə hava çalması başa düşüləndir. İran təşvişdədir. İran qorxur. Bu nə sionist qorxusudur, nə ABŞ qorxusudur, nə də ki, Avropa qorxusudur. Bu qorxunun tək adı - Bütöv Azərbaycandır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin