Qərb Zelenskini istefaya göndərir və MÜHARİBƏ BİTİR? – TƏHLİL

Hazırda oxunan: Qərb Zelenskini istefaya göndərir və MÜHARİBƏ BİTİR? – TƏHLİL

90604

Ukrayna prezidenti Volodimir Zelenski döyüşlərin dayandırılmasına kömək edəcəyi təqdirdə istefa verməyə razı olduğunu söyləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” yazıb. Nəşr qeyd ki, “Ukrayna lideri Qərb liderlərinə açıq şəkildə bildirib ki, mən hakimiyyəti saxlamağa çalışmıram. Əgər söhbət mənim getməyimdən gedirsə və bu, qan tökülməsini dayandıracaqsa, mən bunun tərəfdarıyam. Mən indi gedəcəm. Mən siyasətə bu səbəbdən daxil olmamışam və siz dediyiniz zaman müharibəni dayandıracağam, mən də gedəcəyəm”.

Zelenski indiki vaxta və bu cür bəyanat verməsi xeyli təəccüb doğurur.

Zelenski istefaya getmək məsələsini Ukrayna xalıq ilə deyil, Qərb rəsmiləri ilə müzakirə etməsi açıq şəkildə onu göstərir ki, onu hakimiyyətə Qərb gətirib və Qərbin istədiyi vaxtda da o, hakimiyyətdən gedə bilər. Amma birdən-birə Zelenskinin istefa məsələsinin ortaya atılmasının bir çox gizli və dərin mətləblərə işıq salır.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski istefaya gedir? - Washington Post


Birincisi, Qərb, daha doğrusu ABŞ Zelenskini istefaya göndərmək məsələsini ortaya atmaqla Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın Ukrayna və Rusiya liderlərini görüşdürmək və sonda barışdırmaq niyyətinə alternativ variant hazırladığını deyir.

ABŞ nəşri bu informasiyanı yaymaqla onu demək istəyir ki, əgər Ərdoğan istəyinə çatsa və iki ölkə arasında anlaşma olsa onda Zelenski məcburən istefaya göndəriləcək. Bu zaman isə Ərdoğanın təşəbbüsü və iki ölkə arasında razılaşma ancaq ideya olaraq qalacaq.

İkincisi, Zelenskinin bu etirafı ilə Qərb onu göstərir ki, Zelenskini hakimiyyətə gətirən də, müharibəni başlayan da onlardır. Kiminsə bu münaqişəni durdurmaq istəyinin heç bir perspektivi ola bilməz.

Üçüncüsü, Ukrayna xalqının faciəsi və Ukrayna dövlətinin məhv olması Qərbin heç umrunda belə deyil. Onlar zatən Ukraynanı Rusiyanın qarşısına qurbanlıq kimi atıblar ki, onunla didişib bir az zəif düşsün.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən tanınmış politoloq Cümşüd Nuriyev bildirdi ki, Türkiyə prezidenti Ərdoğan Putinlə Zelenskinin görüşünü planlaşıdırır.

Bu görüşdə də əsas müzakirə məsələsi müharibənin hansı şərtlər daxilində dayandırılmasıdır:

“Əgər Zelenski istefa verəcəksə, onda bu danışıqların nə əhəmiyyəti var ki?! İndiki ağır bir dönəmdə Zelenskinin istefaya getmək məsələsini gündəmə gətirməsi onun qeyri-ciddiliyini və kənardan idarə olunduğunu göstərir”.

Cümşüd Nuriyev onu da əlavə etdi ki, həm Rusiya, həm də Ukrayna müharibəni dayandırmaq istəyir. Amma indiki vaxtda müharibənin dayandırılması real görünmür:

“Çünki, 6 ay qabaq Rusiya Ukraynanın 8 faizinə nəzarət edirdisə, bu gün artıq ¼-ə nəzarət edir. Ona görə də Zelenskinin istər istefa məsələsi, istərsə də onun bütöv Ukrayna iddiası ciddiyyətə alınmır. Ona görə ki, Rusiya Zelenskinin hər iki variantını qəbul etmir.
Ola bilsin ki, bu Zelenskinin növbəti bir gedişidir. O bu bəyanatı ilə Ukrayna xalqının fikrini bilmək istəyir ki, onu gələcək seçkidə də prezident görmək istəyirlər, ya yox. Fakt odur ki, Zelenski üçün pat vəziyyəti yaranıb. O, hadisələrin inkişafını proqnozlaşdıra bilmir. Çünki, Ukraynada qanlı müharibə gedir. Bu müharibədə isə Ukrayna dövləti əldən gedir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin