“Xalqımız bundan sonra nökər statusuna malikdir” – Erməni MƏTBUATI

Hazırda oxunan: “Xalqımız bundan sonra nökər statusuna malikdir” – Erməni MƏTBUATI

90160

“Qarabağda 44 günlük müharibədən əvvəl əminliklə deyə bilərdim ki, erməni xalqı Vətənini sevən, Vətəninin xilası naminə ən qiymətli şeyi - canını belə qurban verməyə qadir olan insanlardır. Təəssüf ki, 44 günlük müharibə və ondan sonra baş verən hadisələr tamam başqa şeyləri deməyə əsas verir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ananiya Maakyanın “Hraparak”dakı məqaləsində deyilir.

“Xalqımızın 10 noyabr tarixli biabırçı razılaşmaya dözməsinin özü də aydın oldu ki, onlar nəinki Qarabağın itirilməsi ilə barışacaqlar, hətta Ermənistanın bir sıra ərazilərini düşmənə verəcəklər. Və bunun əsl adı müharibədən qaçmaq deyil, sadəcə qorxudur.

Təbii ki, müharibə zamanı və ondan sonrakı biabırçı, uduzmuş diplomatiyamız sayəsində açıq-aydın gördük ki, biz dünyada tək qalmışıq və heç bir ölkə yanımızda dayanıb bizi qorumaq istəmir, lakin bu o demək deyil ki, biz bu qədər qorxaq və zərrə qədər müqavimət göstərmədən, zərif quzu kimi davranmalıyıq, düşmənin əli nəyə çatırsa, verməliyik.
Bundan sonra nökər, maksimum qulluqçu statusu alacağıq.

Düşünürəm ki, yer üzündən tamamilə yoxa çıxmaq üçün hər kəs Respublika meydanına getməli, benzin töküb özünü yandırmalıdır”, - Maakyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin