Ərdoğan “Twitter”ə reklam verməyi qadağan etdi

Hazırda oxunan: Ərdoğan “Twitter”ə reklam verməyi qadağan etdi

9002

Bu gündən etibarən “Twitter”, “Pinterest” kimi sosial media şirkətlərinin Türkiyədəki rəsmi təmsilçilərinə reklam verilməsi dayandırılır. Türkiyə Prezidenti Rəcəb Rayyib Ərdoğan ötən il oktyabrın 1-də bu qadağa ilə bağlı 7253 saylı qanunu təsdiq edib. Qanuna əsasən, Türkiyədə “Twitter”ə reklam verənlər cərimələnəcəklər.  

Bu barədə Bizim.Media Türkiyənin “Resmi gazete”sinə istinadən xəbər verir. 

Məlumatda qeyd olunur ki, növbəti addım “Twitter”in sürətinin azaldılması olacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə prezidenti WhatsApp-dan imtina etdi 

Ərdoğan artıq “Telegram”da - FOTO


Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan yerli sosial şəbəkə “Yaay” və həmçinin “Twitter” vasitəsilə paylaşımında bu barədə mühüm açıqlamalar verib. 

Sözü gedən sosial platformalara reklam verəcək şirkətlərə cəzaların veriləcəyini qeyd edən nazir müavini, bu qadağaya İnformasiya və Kommunikasiya Texnologiyaları Təşkilatı, Bank Tənzimləmə və Nəzarət Təşkilatı, Türkiyə Respublikası Mərkəzi Bankı, Vergi Nəzarəti Komitəsinin nəzarət edəcəyini söyləyib.

“Heç bir vətəndaşımızın ölkəmizdə göstərilən xidmətlərdən məhrum edilməsini istəmirik. Bununla yanaşı, vətəndaşlarımızın məlumatlarının məxfiliyini və hüquqlarını qorumaq üçün lazım olan hər şeyi etməyə qərarlıyıq.

Hələ də təmsilçisini xəbərdar etməyən “Twitter” və “Pinterest”in dərhal lazımi addımları atacağına ümid edirik. İstədiyimiz son yol, öhdəliyi yerinə yetirməməkdə israr edən sosial şəbəkələrin genişliyini azaltmaqdır. Rəqəmsal faşizmə və qanunların pozulmasının Türkiyədə hakim olmasına heç vaxt imkan vermərik.

Təqib, sui-istifadə, böhtan və hüquq pozuntuları azadlıq deyil, cinayətdir. Heç vaxt kiminsə azadlıq pərdəsi altında bu kimi cinayətləri törətməsinə icazə vermərik. ”,- deyə nazir müavini bildirib.

İltifat, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin