Daşnaklar Paşinyana hədə-qorxu gəlirlər

Hazırda oxunan: Daşnaklar Paşinyana hədə-qorxu gəlirlər

90005

Zəngin terror keçmişinə malik olan daşnaklar Ermənistanın baş naziri Nikol Paşinyana və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Qarabağ bölgəsindəki erməni quldur dəstələrinin qalıqlarına qarşı təhdidlər səsləndiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.

Daşnaksütyun partiyasının bürosunun bəyanatında Laçın və Zabuxla bağlı Ermənistan və Qarabağ hakimiyyətinin (qondarma rejim nəzərdə tutulur) tutduğu mövqe pislənir.
Bununla yanaşı, daşnaklar Rusiyanın adını çəkməyiblər. Onların fikrincə, rəsmi İrəvan Moskva əleyhinə çıxışlar edir:

“Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır, Ermənistan-Rusiya münasibətlərini daha da pisləşdirir. Paşinyanın məsuliyyətsiz münasibəti sadəcə olaraq sərhəd tanımır”.

Bəyanatda deyilir ki, guya İrəvan 2020-ci il müharibəsində olduğu kimi, yeni yaşayış məntəqələrini düşmənə (Azərbaycana) təhvil verir.

“Qarabağı Ermənistanla birləşdirən dəhlizin taleyi ilə bağlı qeyri-müəyyənliyin bütün məsuliyyəti Ermənistan və Qarabağdakı orqanların üzərinə düşür. Heç kim məsuliyyətdən qaça bilməyəcək”, – deyə Daşnaksütyun hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin