“Regionda sülh Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra mümkündür" - Çavuşoğlu

Hazırda oxunan: “Regionda sülh Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra mümkündür" - Çavuşoğlu

89991

“Ermənistan və Türkiyə arasında normallaşmanı Azərbaycan və Ermənistan arasındakı prosesdən ayrı görmək real deyil. Regionda sülh Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh razılaşması imzalandıqdan sonra mümkün ola bilər”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir"


Nazir Brüsseldə hər iki ölkənin liderləri arasında baş tutan görüşdən sonra sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması, həmçinin sülh razılaşmasının hazırlanması üçün ayrıca komissiyanın təşkili barədə razılığı xatırladıb:

"İndi Ermənistan narahatlığını ifadə edir, qardaşım, işğal etdiyin torpaqlar Azərbaycan torpaqları idi. Bəzən onlar elə davranırlar ki guya Azərbaycan bu torpaqları alıb. Rusiya sülhməramlıları regiona gəldikdən sonra Ermənistan qüvvələri Qarabağdan çıxmalı idi. İki il keçib, amma hələ də burada erməni hərbçiləri var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin