Rusiyalı baş redaktor FTX-ni lağa qoydu: “Necə oldu ki, qadın versiyasında "Ceyms Bond"u tuta bilmədilər”

Hazırda oxunan: Rusiyalı baş redaktor FTX-ni lağa qoydu: “Necə oldu ki, qadın versiyasında "Ceyms Bond"u tuta bilmədilər”

89941

“Federal Təhlükəsizlik Xidməti (FTX) Darya Duqinanın qətlində Ukrayna xüsusi xidmət orqanlarını ittiham etdi. Sifarişi həyata keçirən guya Ukrayna vətəndaşı Natalya Vovk olub.

Tezliklə Vovkun “Azov” batalyonunun üzvü olduğu barədə məlumat yayıldı. Azov isə cavabında bildirdi ki, “FTX tərəfindən hərbi bileti dərc edilən qadının batalyonla heç bir əlaqəsi yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ““Novaya qazeta. Avropa” nəşrinin baş redaktoru, filosof Kirill Martınov “Dojd” telekanalının efirində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Aleksandr Duqin qızının öldürülməsindən danışdı - İLK DƏFƏ


“Əvvəlcə mənə elə gəldi ki, terakt yalnız Duqinə qarşı planlaşdırılıb. Aleksandr (Duqin nəzərdə tutulur) imperiyanı imperatorun özündən daha çox sevən adamdır.

Əgər Putin müharibəni dayandırmaq qərarına gəlsə, o zaman Duqin, eləcə də Qirkin və Putini sağ cinahdan dəstəkləyən və ya tənqid edən digər insanlar bu barədə nə deyəcək? Heç kəs bunu bilmir. Yəni nə vaxtsa onlar təhlükəli insana çevrilə bilərlər.

Ümumiyyətlə, Duqin əsas hədəf olmayıb.  Düşünmürəm ki, Putin Duqinin təsiri altına düşüb. Aleksandrın bu müharibədə o qədər də vacib fiqur olduğunu düşünmürəm”, deyə o, qeyd edib.
Martınov qətllə bağlı FTX-nin irəli sürdüyü versiyaya da şübhə ilə yanaşır. 

"FTX-nin bu qədər yaxşı işləyə biləcəyinə inanmıram. Qadın versiyasında onlar "Ceyms Bond"u tuta bilmədilər. Eyni zamanda isə bütün sxemi cəmi bir gündə üzə çıxardılar. Düşünmürəm ki, bir nəfər belə hərəkət edə bilər”, - deyə baş redaktor yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin