Rusiyanın məşhur ictimai xadimi, filosof və politoloq, Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Darya Duqinaya qarşı edilən sui-qəsdlə bağlı yeni detal ortaya çıxıb.
Bizim.Media Lenta.ru-ya istinadən xəbər verir ki, Duqinanın idarə etdiyi avtomobilin uzaqdan idarəolunan bomba ilə partladıldığı məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Qətlə yetirilən Darya Duqina bu yaxınlarda işğalda olan Mariupoldan qayıdıb
Məlumata görə, partlayışın törədildiyi yer qəsdən elə seçilib ki, digər avtomobillərə ziyan dəyməsin.
Bombanın gücü 400 qram tratil ekvivalenti təşkil edib.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, hadisə avqustun 20-də Moskva vilayətində baş verib.
Bizim.Media