Ermənistanda yenidən müttəfiqinə - Rusiyaya qarşı etirazlar baş qaldırıb. Hər şey İrəvandakı “Surmalu” ticarət mərkəzindəki partlayışdan sonra daha da sürətlənib.
Bu yanğının təşkilində Moskva şübhəli bilinib və Ermənistan mediasında çoxsaylı ittihamlar səsləndirilib. Rusiyanın Ermənistandakı səfirliyi bu cür ittihamlara sərt reaksiya versə də İrəvan notaya cavab verməyib.
Nəticədə paytaxt meriyası avqustun 24-də anti-Rusiya mitinqi keçirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, etiraz nümayişini Rusiyanı tərk edən və Putin hakimiyyətinin qızğın rəqibi Mixail Xodorkovskinin maliyyələşdirdiyi “Kovçeq” (Nuhun gəmisi) qruplaşması təşkil edir.
Qeyd edək ki, mühacirətdə olan müxalifətçilər və ictimai xadimlər tərəfindən yaradılan Rusiyanın Müharibə Əleyhinə Komitəsi bu ilin martında “Kovçeq” layihəsinə start verib.
Təsisçilər arasında “Yukos”un keçmiş rəhbəri Mixail Xodorkovski, siyasətçilər Dmitri Qudkov, Qarri Kasparov, Vladimir Kara-Murza, iqtisadçılar Sergey Quryev və Sergey Aleksaşenko, tarixçi Yuri Pivovarov, jurnalist Yevgeni Kiselev, sahibkarlar - Boris Ziliyev, Yevgeni Çiçvarkin və yazıçı Viktor Şenderoviç var.
Təşkilatçılarının açıq şəkildə bəyan etdiyi kimi, İrəvandakı tədbir “Ukraynadakı hərbi xüsusi əməliyyata qarşı və Rusiya dövlət başçısının (Putin) istefasına” yönəlib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:20 / 22.08.2022
Ermənistanda Rusiyaya qarşı etirazlar yenidən baş qaldırdı
Hazırda oxunan: Ermənistanda Rusiyaya qarşı etirazlar yenidən baş qaldırdı
Hazırda oxunan: Ermənistanda Rusiyaya qarşı etirazlar yenidən baş qaldırdı
89765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.