Lvovda Türkiyə, Ukrayna liderləri və BMT-nin Baş katibi Antonio Quterreş arasında baş tutan görüşdə əsirlərin mübadiləsi müzakirə edilib.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün nəticələrinə dair mətbuat konfransı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Zelenskidən üçtərəfli görüşlə bağlı AÇIQLAMA
O qeyd edib ki, bu gün baş tutan görüşün nəticələrini Rusiya Prezidenti Vladimir Putinlə də müzakirə edəcək.
Bundan əlavə, Ərdoğan Türkiyədən Ukraynaya 98 yük maşını humanitar yardımın göndərildiyini, 325 minə yaxın ukraynalının ölkədə müvəqqəti qalmaq üçün qəbul edildiyini də vurğulayıb.
Bizim.Media