Paşinyan Qərblə “oyun oynayır” - Anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır

Hazırda oxunan: Paşinyan Qərblə “oyun oynayır” - Anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır

89241

Rusiyanın Ermənistandakı səfirliyinin İrəvanın ticarət mərkəzində baş vermiş partlayışla bağlı dünənki bəyanatından sonra Ermənistan-Rusiya münasibətləri erməni mediasının əsas mövzusuna çevrilib.

Bizim.Media xəbər verir ki, İrəvanın “Hraparak” qəzeti bu gün Rusiya-Ermənistan münasibətləri ilə bağlı məqalə dərc edib.

Mənbə yazır ki, Ermənistanla Rusiya arasında münasibətlər çatlayır. Moskva İrəvandakı səfirliyi vasitəsilə Ermənistana ehtiyatlı olmaqla bağlı eyham vurur və tələb edir ki, Rusiya ilə Qərb arasında son seçimini etsin.

Nəşr qeyd edir ki, bir neçə gündür ki, müttəfiqinə (Rusiya nəzərdə tutulur) qarşı kobud ittihamlara dövlət səviyyəsində reaksiya verilməyib, Ermənistan hakimiyyətinin nəzarətində olan KİV isə hələ də susur.

“Görünür, hakimiyyət prosesə şəxsən rəhbərlik etməsəydi, Sorosun dövriyyəyə buraxılan versiyası ilə razılaşardı. Axı bu, həm də indiki iqtidarın dəsti-xəttidir - məsuliyyətdən yayınmaq üçün ictimai narazılığı süni şəkildə digər şəxslərin üzərinə yönəltmək.
Nikol Paşinyan hakimiyyətə gələndən öz repertuarında çıxış edir. Hər şeydə günahkar özü və komandası deyil, sələfləri, xalq, Avropa və Rusiyadır. Paşinyan Rusiyaya da eyni prinsiplə yanaşır, Moskvanı müttəfiq hesab edərək siyasi balanslaşdırma yolunu tutur. Eyni zamanda, Ermənistan üçün kritik məqamlarda Qərblə “oyun oynayır” və anti-Rusiya əhval-ruhiyyəsini qızışdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin