Ermənistan Fövqəladə Hallar Nazirliyi bu gün Zvartnos beynəlxalq aeroportuna bomba qoyulduğu barədə siqnal alıb.
Bizim.Media “Sputnik Armeniya” saytına istinadla xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib.
Onun sözlərinə görə, məlumat FHN katibliyinə elektron poçt vasitəsilə daxil olub. Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. İnsanların təxliyəsi planlaşdırılmır.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan FHN-in Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan metropoliteninin stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə də məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı.
Bizim.Media
- A-
- A
- A+
Region
14:09 / 16.08.2022
İrəvanda Zvartnos aeroportuna bomba qoyulub?
Hazırda oxunan: İrəvanda Zvartnos aeroportuna bomba qoyulub?
Hazırda oxunan: İrəvanda Zvartnos aeroportuna bomba qoyulub?
88848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.