Erməni deputat ordudakı itkilər HAQDA: “Bu statistika ölkənin faciəsidir”

Hazırda oxunan: Erməni deputat ordudakı itkilər HAQDA: “Bu statistika ölkənin faciəsidir”

88792

Ermənistan parlamentinin “Mənim şərəfim” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan 2022-ci il avqustun birinci yarısında Ermənistan ordusundakı itkilərdən danışıb.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.

“Avqustun birinci yarısı üçün Silahlı Qüvvələrdə qeyri-döyüş itkilərinin statistikasına baxıram. Bu, özlüyündə ordu və ölkə üçün böyük faciədir. 15 gündə 5 itki. Hamısı da döyüş olmayan şəraitdə baş verib”.

Deputat Abrahamyan öz şərhində qeyd edir ki, Azərbaycan ordusunun “Qisas” əməliyyatı zamanı iki Qarabağ separatçısı məhv edilib. 

Tiqran Abramyan onu da bildirir ki, avqustun birinci yarısında 20-yə yaxın erməni hərbçi yaralanıb. 

“Avqustun 3-dən 4-nə keçən gecə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, ehtiyatda olan sıravi Atom Razmikoviç Arutyunyan (1978-ci il təvəllüdlü) yuxuda qəflətən dünyasını dəyişib.

Avqustun 7-də Qeqarkunik vilayətində (Göyçə mahalı) fövqəladə hadisə baş verib. Saat 16:00 radələrində Fövqəladə Hallar Nazirliyinə Göyçə gölündə vətəndaşın çimərkən batması barədə məlumat daxil olub.

Sonradan məlum olub ki, adıçəkilən vətəndaş üç aylıq hərbi təlimin iştirakçısıdır. Avqustun 7-də N saylı hərbi hissənin müqaviləli əsgəri, sıravi Arşaluys Vramoviç Ovannisyan (1976-cı il təvəllüdlü) qəflətən dünyasını dəyişib.

Avqustun 9-da Respublikanın şimal-şərq istiqamətində yerləşən N saylı hərbi hissənin atəş mövqeyində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, sıravi əsgər Erik Armenoviç Karsyanın (2003-cü il təvəllüdlü) sinəsindən güllə yarası ilə meyiti aşkar edilib. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Avqustun 14-də saat 15:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu sıravi Manvel Myasnikoviç Tadevosyanın səhhəti kəskin pisləşib. Dərhal tibbi yardım göstərilsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb.
Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - erməni deputat qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin