Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyana İrəvanın Surmalu topdansatış bazarında baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.
Bizim.Media xəbər verir ki, başsağlığının mətni Kremlin saytında yerləşdirilib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şurası pirotexniki anbarda baş verən partlayışı “terror aktı” adlandırmamağa çağırıb.
Bundan əvvəl Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağa nail olublar.
Qeyd edək ki, bazarda baş verən partlayışda 6 nəfər həlak olub. 60-dan çox insan yaralanıb, 17 nəfər itkin düşüb. Partlayış bazar günü, avqustun 14-də günorta saatlarında şəhər mərkəzinə yaxın yerləşən Surmalu topdansatış bazarında olub.
Bizim.Media