Türkiyənin Bursa şəhərində olan erməni kilsəsi 6 milyon türk lirəsinə satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Qaro Paylan öz “Facebook” səhifəsində yayıb.
MÖVZU İLƏ BAĞLI:
Şok iddia: Ermənistan parlamentinin spikeri Türkiyə agenti imiş
Deputat kilsənin satışı haqqında olan elana bu sözləri əlavə edib:
“Bursada satılan erməni kilsəsi. Heç ibadət yeri də satılar? Buna necə icazə verir? Ar olsun sizə!”.
Görünür, hər yerdən əlləri üzülən ermənilər, çarəni öz dinlərini satmaqda görüblər. Erməni deputat isə paylaşımı ilə qaş düzəldən yerdə, deyəsən vurub göz çıxarıb.
Onun bu post ilə türkləri tənqid etmək niyyəti olsa da sonunda deyəsən əməli öz başlarında çatlayıb.
Erməni öz əli ilə bir daha öz xalqının xislətini ortaya qoyub.
Vüsalə Balayeva, Bizim.Media