34 illik oğurluq, qətllər və pozğunluq - Roman Bağdasaryan “Qarabağ klanı” HAQDA

Hazırda oxunan: 34 illik oğurluq, qətllər və pozğunluq - Roman Bağdasaryan “Qarabağ klanı” HAQDA

88087

Erməni jurnalist və bloger Roman Bağdasaryan “Qarabağ klanı”nın Ermənistandakı hakimiyyətinin pərdəarxası təfərrüatlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda o, sosial şəbəkədə yazıb.

“Fakt budur ki, 1988-ci ildən 2020-ci ilə kimi biz hamımız Vazgen Sarkisyanı, Karen Dəmirçiyanı, yüzlərlə məmuru, iş adamını öldürən Qarabağ mafiyasının və klanının girovu olmuşuq.
1988-ci ildən mütəşəkkil cinayətkarlığın girovuna çevrilmişik, Qarabağda gənclərin şikəst edilməsinin şahidi olmuşuq. Heç kim tarix öyrətmir, durmadan bir-birini öldürür, büdcə pullarını oğurlayır, hamını söyür.

Orduda bir çox oğlanları narkomana çevirən, onları buna alışdıran “Qarabağ klanı” idi. 34 ildir ki, bütün xalq oğullarını göndərib və “sağ ol” əvəzinə bu adamlardan həmişə lənətlər eşidirik.

Bütün qızıllarımızı, təbii sərvətlərimizi və xoşbəxtliyimizi oğurladılar. Xalq 34 ildir ki, Qarabağ mafiyasından yaxşı heç nə görməyib: yalnız dərd və satanizm. Düzünü desək - bu, bütün yaxşı və layiqli insanların öldürüldüyü qara zonadır.

Bu qarğış və Qarabağ mafiyası heç vaxt xoşbəxt olmağımıza imkan verməyəcək. 34 il nankorluq. Daha yaxşı və daha ağıllı olanlar haqqında 34 il dedi-qodu. 34 il hakimiyyətə müdaxilə edənləri öldürdülər.

34 ildir ki, Şuşa həbsxanasında günahsız insanlar həbs edilib. 34 ildir Qarabağda kasıb sakinlər məsxərəyə qoyulub.

34 il Kəlbəcərin Heyvalı (Sərsəng su anbarının yaxınlığında yerləşir) kəndindən qızıl oğurluğu. 34 il qırmızı palıd və ağac oğurluğu.

34 il “Hayastan” Fondu və erməni diasporunun pullarını mənimsəmək. 34 il Qarabağda oğurlanmış pullarla saraylar tikmək. 34 il əsgərlərə sataşmaq, ordunun yemək və yanacağının oğurlanması.

Ermənistanın ən yaxşı obyektlərini ələ keçirməyin 34 ili. 34 ildir ki, bütün dünyada səfirlik və konsulluqların ələ keçirilməsi. 34 ildir Ermənistan parlamentinin gülləbaran edilməsi, dağıdılması və İrəvan küçələrində qırğın.

Qarabağda 34 il qarğış, pislik və cinsi zorakılıq. 34 il narkotik alveri. Heç bir narkotik alverçisi həbs olunmayıb. 34 ildir ki, “düşmən zəifdir, biz güclüyük” deyə yalançı təbliğat. 34 il kilsələrin tikintisi ilə bağlı mənimsəmə.
Allah belə vəhşilikdən çox yorulub”, deyə Bağdasaryan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin