“Meydanda güclü olmadan masada güclü olmanın çətinlikləri məlumdur. Azərbaycanın işğal altındakı torpaqlarının azadedilmə prosesi bunun ən bariz nümunəsidir”.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”
Ölkə başçısı bildirib ki, 30 ilə yaxın davam edən işğal, qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmadı:
“Azərbaycanlı qardaşlarımız illərdir həm işğalın, həm də itkilərinin acısı ilə yaşamaq məcburiyyətində buraxılıb. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib olub. 44 gün davam edən dastanvari mübarizənin nəticəsində, həmd olsun, Qarabağ yenidən azadlığına qovuşub, 30 illik işğala son qoyulub”.
Bizim.Media