“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2014-cü ilin avqustunda sosial şəbəkələrdəki statuslarının skrinşotlarını gecə dərc etdim”.
Bizim.Media xəbər verir ki, bu fikirləri informasiya təhlükəsizliyi üzrə ekspert, Razminfo saytının koordinatoru Karen Vrtanesyan yazıb.
“Bu, bir daha sübut edir ki, Nikolun (Ermənistanın baş naziri Nikol Paşinyan) komandasında yaxşı başa düşürlər ki, onların “sülh gündəliyi” feykə çevrilir. Məqsədləri düşmənə daim torpaq vermək, ordunu tərksilah etməkdir.
Deməli Nikolun dəstəsi heç də axmaq deyil, nə etdiklərini və niyə etdiklərini mükəmməl başa düşür.
Amma böyük əksəriyyət onu baş nazir, komandasının ələ keçirdiyi dövləti isə Ermənistan hakimiyyəti adlandırır. Biz yenə də onlardan Ermənistanın maraqlarına uyğun addımlar gözləyirik”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:37 / 08.08.2022
“Nikol və komandası nə etdiyini mükəmməl başa düşür” – Erməni ekspert
Hazırda oxunan: “Nikol və komandası nə etdiyini mükəmməl başa düşür” – Erməni ekspert
Hazırda oxunan: “Nikol və komandası nə etdiyini mükəmməl başa düşür” – Erməni ekspert
87536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.