İran İnqilabının Keşikçiləri Korpusuna bağlı “FARS” xəbər agentliyi Azərbaycanın Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqların asıldığını yazıb və buna dair fotolar paylaşıb.
Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, Azərbaycanda dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların asılmasını "dindar gənclər" tərəfindən həyata keçirildiyini iddia edib.
Sosial media fəalları isə öz paylaşımlarında bunun SEPAH və yarım hərbi "Bəsic" qüvvələri tərəfindən edildiyini bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Londondakı səfirliyimizə bu radikal dini qruplaşma HÜCUM EDİB - VİDEO
Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində də baş verib. Səfirliyə hücum edən radikal dini qruplaşma üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.
İran hökuməti bu işdə əli olmadığını iddia etsə də, Təbrizdə baş verən addımla Londondakı hücumun oxşarlığı hər ikisinin bir mərkəzdən idarə edildiyini göstərir.
Bizim.Media