Şok iddia: Ermənistan parlamentinin spikeri Türkiyə agenti imiş

Hazırda oxunan: Şok iddia: Ermənistan parlamentinin spikeri Türkiyə agenti imiş

8743

Bizim.Media xəbər verir ki, Serj Sarkisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyanın Türkiyə kəşfiyyatının agenti olmaqda ittiham edir.
 

MÖVZU İLƏ BAĞLI:

Döyülən erməni spiker jurnalistlərin suallarına cavab vermədi – VİDEO


Mikael Minasyan sosial şəbəkə səhifəsindəki paylaşımında qeyd edir:

"2005-ci ildə Ararat Mirzoyan ABŞ-da yaşadığı və təhsil aldığı zamanlarda Türkiyə kəşfiyyatı Mirzoyanla əlaqəyə keçir və onu satın alır. Onu bir agent kimi yetişdirirlər.

Ta ki, 2018-ci ilə qədər. Ermənistanda hakimiyyət çevrilişi baş tutur. Hakimiyyət çevrilişini isə Azərbaycan və Türkiyə kəşfiyyatı planlayıb, həyata keçirmişdi.

Nikol Paşinyan hakimiyyətə gələn kimi də Ararat Mirzoyan Türkiyə kəşfiyyatının təlimatı ilə İrəvandakı proseslərdə fəal iştirak edib və parlamentin spikeri seçilmişdi”.

Minasyanın sözlərinə görə, Ararat Mirzoyanın əsas missiyası erməni soyqırımının dünyada tanıdılmaması və unudulması, həmçinin Dağlıq Qarabağın Azərbaycana verilməsini təşkil etmək idi. Azərbaycan və Türkiyə kəşfiyyatının agentləri hakimiyyəti devirib, bu xalqa xəyanət etdilər.

“Bəs bütün bunlar necə ifşa edildi? Ararat Mirzoyan 2007-ci ildə Türkiyə kəşfiyyatına yazdığı əlyazma məktubu sizlərə təqdim edirəm.

Bu Mirzoyanın xəttidir. Əgər saxtadırsa, çıxsın öz yazısını bizə göstərsin" – deyə Minasyan qeyd edib.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin